2 Elul 5786 15 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
iPhone 18-lə bağlı gizli məlumatlar yayıldı: Belə görünüşdə olacaq

iPhone 18-lə bağlı gizli məlumatlar yayıldı: Belə görünüşdə olacaq

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Texnologiya
📅

Hindistanın “Tata Electronics” şirkətinin daxili sənədlərinin darknetə sızması nəticəsində “Apple”ın sentyabrda təqdim etməyi planlaşdırdığı “iPhone 18 Pro” modeli barədə məxfi məlumatlar yayılıb.

“Reuters” xəbər verir ki, “World Leaks” haker qruplaşması darknetdə 200 mindən çox fayl dərc edib. “Tata Electronics” isə bəzi sistemlərinə təsir edən kiberinsidenti təsdiqləyib.

Sızdırılan sənədlərdə “iPhone 18 Pro”nun komponentləri, təchizatçıları, eləcə də batareya, kamera və əsas platanın mikrosxemləri barədə məlumatlar yer alıb. Fayllar arasında cihazın zərbə və düşmə testləri zamanı çəkilmiş fotolar da aşkarlanıb.

Məlumata görə, hadisə “Apple”ın təchizat zəncirinin məxfiliyinə zərbə vurmaqla yanaşı, şirkətin “Tata Electronics” ilə əməkdaşlığına da mənfi təsir göstərə bilər.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →