15 Tammuz 5786 30 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:04, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Podkastlar Mədəniyyət Təhlil Xəbərlər
Nazir açıqladı: Azərbaycanda 20 min müəllimə ŞAD XƏBƏR

Nazir açıqladı: Azərbaycanda 20 min müəllimə ŞAD XƏBƏR

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi çərçivəsində 20 min yeni tamştatlı müəllim vəzifəsinin yaradılması nəzərdə tutulur.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, sertifikatlaşdırmanın növbəti mərhələsində ümumilikdə 115 min müəllim islahat prosesinə cəlb olunacaq.

Bildirilib ki, sertifikatlaşdırmadan uğurla keçən müəllimlər iki kateqoriyaya ayrılacaqlar. Onlardan bir qrupu tamştatlı müəllim statusu əldə edəcək, digər qrup isə saathesabı çalışan və əməkhaqqısına əlavə alan müəllim kimi fəaliyyətini davam etdirəcək.

Təqdim olunan məlumata əsasən, islahatın mərhələli icrası nəticəsində ölkədə 20 min tamştatlı müəllim vəzifəsi formalaşdırılacaq. Eyni zamanda qeyd olunub ki, bu statusu qazanan müəllimlər gələcəkdə yenidən sertifikatlaşdırma prosesində iştirak etməyəcəklər.

Nazir həmçinin diqqətə çatdırıb ki, sertifikatlaşdırmada tələb olunan nəticəni əldə edə bilməyən müəllimlərin bir hissəsi köməkçi müəllim kimi işləmək imkanı qazanacaq. Digər hissə ilə isə qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək münasibətlərinə xitam veriləcək.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Nazir açıqladı: Azərbaycanda 20 min müəllimə ŞAD XƏBƏRjnews.az səsləndirməsi