Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə növbəti buğda partiyası yola salınıb.
Ümumi çəkisi 420 ton olan yük altı vaqona yerləşdirilib. Daşınma “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Biləcəri stansiyasından həyata keçirilib.
Hazırda Azərbaycan ərazisindən Ermənistana müntəzəm taxıl tədarükünün təşkili məsələsi gündəmdədir. Bu təşəbbüs regionda nəqliyyat və logistika əlaqələrinin inkişafı çərçivəsində nəzərdən keçirilir.
Mənbə: Jnews.az
