Yenilənib: Avqust 13, 2026 12:19 axşam
Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edərək, yalnız ali məktəbə qəbul olmaq xatirinə ixtisas seçməməyi tövsiyə edib.
Məleykə Abbaszadə bildirib ki, abituriyentlər ixtisas seçərkən yalnız onun adına və qəbul imkanlarına deyil, həqiqətən maraq göstərdikləri və gələcəkdə məşğul olmaq istədikləri peşəyə üstünlük verməlidirlər.
DİM sədri qeyd edib ki, insan sevmədiyi və maraq göstərmədiyi sahəni seçdikdə həmin istiqamətdə peşəkar kimi inkişaf etməkdə çətinlik çəkə bilər.
Onun sözlərinə görə, abituriyentin seçdiyi ixtisas gələcəkdə ona sevdiyi işlə məşğul olmaq və peşəkar inkişaf etmək imkanı yaratmalıdır.
Məleykə Abbaszadə gənclərə ixtisas seçimi zamanı gələcək karyeralarını və şəxsi maraqlarını nəzərə almağı tövsiyə edib.
Mənbə: Jnews.az
