30 Av 5786 13 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Mağazada asılqanlarda məktəbli geyimləri

Yeni tədris ili üçün məktəbli formasının qiymətləri açıqlanıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 13, 2026 11:47 səhər

Bakı Tikiş Evi yeni tədris ili ərəfəsində məktəbli formalarının qiymətlərini açıqlayıb. Müəssisənin şöbə rəisi Etibar Əzimovun sözlərinə görə, bütün model və ölçülər artıq hazırlanaraq satışa çıxarılıb.

Bildirilib ki, məktəbli formalarının qiymətləri əvvəlki tədris ilində tətbiq olunan endirimli tariflər səviyyəsində saxlanılıb və dəyişdirilməyib.

Müəssisənin nümayəndəsinin sözlərinə görə, səkkiz brend mağaza ilboyu istirahət günü olmadan fəaliyyət göstərir. Yeni tədris ili ərəfəsində tələbatın artması ilə əlaqədar mağazalar gücləndirilmiş iş rejiminə keçib.

Fabrikin rəsmi satış mərkəzlərindən alınan bütün məktəbli formalarına bir il zəmanət verilir. Müəssisə kifayət qədər məhsul ehtiyatının olduğunu və tələbat artacağı təqdirdə əlavə geyim istehsal etmək imkanına malik olduğunu bildirib.

Məktəbli formalarının qiymətləri

26–54 ölçü aralığında oğlan və qızlar üçün məktəbli geyimlərinin qiymətləri belədir:

  • Qısaqol köynək – 12 manat
  • Uzunqol köynək – 14 manat
  • Şalvar – 15 manat
  • Ətək – 15 manat
  • Nazik jaket (30–50 ölçü) – 20 manat
  • Kapüşonlu jaket – 25 manat
  • Qalın jaket (26–54 ölçü) – 22 manat

56, 58 və 60 ölçülü şalvar, ətək və köynəklərin qiymətinə isə 5 manat əlavə ödəniş tətbiq olunur. Müəssisə bu fərqin böyük ölçülü geyimlərin tikilişi zamanı daha çox parça istifadə edilməsi ilə əlaqədar olduğunu açıqlayıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Yeni tədris ili üçün məktəbli formasının qiymətləri açıqlanıbjnews.az səsləndirməsi