Yenilənib: Avqust 13, 2026 12:33 axşam
Bakı Metropoliteni UEFA Konfrans Liqası çərçivəsində bu gün, avqustun 13-də keçiriləcək “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini gücləndirəcək.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, azarkeşlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Stansiyada əlavə əməkdaşların növbətçiliyi təşkil ediləcək.
Sərnişin sıxlığının qarşısını almaq və sərnişin axınını tənzimləmək məqsədilə zərurət yarandığı təqdirdə xəttə ehtiyat qatarlar buraxılacaq.
Bununla yanaşı, “Nəriman Nərimanov” və “28 May” stansiyalarında sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi və metropolitenin fasiləsiz fəaliyyətinin qorunması üçün əlavə tədbirlər görüləcək.
Mənbə: Jnews.az
