Yenilənib: Avqust 11, 2026 11:09 səhər
Bakının Binə və Nardaran qəsəbələrində bu gün qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qurumun məlumatına görə, qaz təchizatının dayandırılması müvəqqəti xarakter daşıyacaq və qeyd olunan yaşayış məntəqələrini əhatə edəcək.
Sakinlərin nəzərinə çatdırılır ki, təbii qazın verilməsi aparılan işlər başa çatdıqdan sonra bərpa olunacaq.
Mənbə: Jnews.az
