Rusiyanın Ermənistanın Baş naziri Nikol Paşinyana ölkənin xarici siyasət kursunu müəyyənləşdirmək üçün təxminən bir ay vaxt verdiyi iddia olunur. İddialara görə, Moskva İrəvandan Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında aydın seçim etməsini gözləyir.
“Hraparak” nəşrində yer alan məqalədə bildirilib ki, Ermənistan hökumətinin Moskvanın tələblərinə uyğun qərar qəbul etməyəcəyi təqdirdə, Rusiyanın təzyiqlərin daha sərt ikinci mərhələsinə keçə biləcəyi bildirilir. Mümkün ssenarilərdən biri kimi Rusiyada çalışan Ermənistan vətəndaşlarına qarşı miqrasiya siyasətinin sərtləşdirilməsi və erməni əmək miqrantlarının kütləvi deportasiyası göstərilir.
Yüz minlərlə Ermənistan vətəndaşının ölkəyə geri qayıtmasının Ermənistanda məşğulluq və sosial-iqtisadi vəziyyətlə bağlı ciddi problemlərə yol aça biləcəyi diqqətə çatdırılır.
Digər ehtimal edilən addım Ermənistanla hava əlaqəsinin məhdudlaşdırılmasıdır. Uçuşların dayandırılması və ya əhəmiyyətli dərəcədə azaldılmasıdır. Bu, Ermənistana turist axınının azalmasına və aviabiletlərin bahalaşmasına səbəb olaca bilər. Mərhələli təzyiq addımlarının sonrakı dövrdə digər sahələrə, o cümlədən Ermənistana qaz tədarükünə də şamil oluna biləcəyi iddia edilir.
Səsləndirilən bu iddialarla bağlı Rusiya tərəfindən hələlik heç bir rəsmi təsdiq və ya açıqlama verilməyib.
