Rusiya ordusu avqustun 10-dan 11-nə keçən gecə Ukraynanın bir sıra şəhərlərinə, o cümlədən Kiyev və Zaporojyeyə zərbələr endirib.
Məlumata görə, Zaporojyedə baş verən hücum nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Yerli hakimiyyət orqanlarının açıqlamalarında şəhərdə sənaye və infrastruktur obyektlərinin də zərər gördüyü bildirilib. Hücum nəticəsində yanğınlar baş verib və ərazidə dağıntılar qeydə alınıb.
Kiyevdə isə gecə saatlarında ballistik raket zərbələri ilə bağlı hava hücumu siqnalı verilib. Hücum nəticəsində şəhərin mərkəzi rayonlarından birində yanğınlar qeydə alınıb, anbar tipli obyektlərə ziyan dəyib və ən azı bir nəfərin yaralandığı bildirilib.
Ukrayna tərəfinin məlumatlarına əsasən, gecə hücumlarında ballistik raketlər, idarəolunan aviasiya bombaları və pilotsuz uçuş aparatlarından istifadə olunub. Zərbələrin nəticələri ilə bağlı araşdırma və xilasetmə işləri davam edib.
Mənbə: jnews.az
