28 Av 5786 11 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Vaşinqtonda ABŞ Maliyyə Nazirliyinin binası

ABŞ: Vaşinqtonun siyasəti İran iqtisadiyyatına ciddi zərbə vurub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir
Некогда читать?Статью можно послушать — озвучка JNews.az

Yenilənib: Avqust 11, 2026 11:00 səhər

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton administrasiyasının həyata keçirdiyi iqtisadi siyasət İranın maliyyə sisteminə ciddi və dağıdıcı təsir göstərib.

S. Bessentin sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi tədbirlər İranın milli valyutasını “sərbəst enişə” sürükləyib. O qeyd edib ki, həyata keçirilən iqtisadi siyasətin nəticələrindən biri İranda inflyasiyanın üçrəqəmli göstəricilərə yüksəlməsidir.

ABŞ maliyyə nazirinin qiymətləndirməsinə əsasən, Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq siyasəti ölkənin maliyyə və iqtisadi vəziyyətinin daha da ağırlaşmasına səbəb olub.

Qeyd edək ki, ABŞ administrasiyası İrana qarşı sanksiya təzyiqini davam etdirir. Avqustun 7-də ABŞ Maliyyə Nazirliyi İranın xarici valyuta və maliyyə əməliyyatlarını həyata keçirən kölgə bankçılıq şəbəkələrinə, mübadilə şirkətlərinə və digər əlaqəli qurumlara qarşı yeni sanksiyalar elan edib. Vaşinqton bu tədbirlərlə İran hakimiyyətinin maliyyə resurslarını əldə etməsi, ölkədən çıxarması və beynəlxalq maliyyə sistemindən istifadə imkanlarını məhdudlaşdırmağı hədəfləyir. Bu, 2026-cı ildə ABŞ-ın İranın kölgə bankçılığı sisteminə qarşı həyata keçirdiyi səkkizinci sanksiya tədbiri olub.

Bundan əvvəl, iyulun 29-da ABŞ İranın neft ticarəti və beynəlxalq daşımalarla əlaqəli tanker və sığorta şəbəkələrinə qarşı da yeni sanksiyalar tətbiq edib. Vaşinqtonun son addımları İranın neft gəlirlərinə, maliyyə kanallarına və sanksiyalardan yayınma mexanizmlərinə qarşı təzyiqin artırıldığını göstərir.

ABŞ Maliyyə Nazirliyinin son açıqlamalarından görünür ki, Vaşinqton İranın maliyyə şəbəkələrinə qarşı “maksimum təzyiq” siyasətini davam etdirmək niyyətindədir. 

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
ABŞ: Vaşinqtonun siyasəti İran iqtisadiyyatına ciddi zərbə vurubjnews.az səsləndirməsi