Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentin keçmiş spikeri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin etməyi planlaşdırdığı bildirilir. Yayılan məlumatlara əsasən, Simonyan bu vəzifədə hazırda həmin postu tutan Armen Qriqoryanı əvəz edəcək.
Qeyd edək ki, Alen Simonyan bir qədər əvvəl 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonrakı dövrə dair planlarını açıqlamışdı. O, yeni Milli Assambleyanın tərkibinə daxil olmayacağını və deputat mandatını götürməyəcəyini bəyan etmişdi.
