1 Elul 5786 14 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bakıda Çinə həsr olunmuş sənədli filmin nümayişi keçirilib

Bakıda Çinə həsr olunmuş sənədli filmin nümayişi keçirilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Mədəniyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 14, 2026 4:56 axşam

Bakıda avqustun 14-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Szinpinin Çinin mədəni irsinin qorunması və inkişafına verdiyi töhfələrə həsr olunan “İrs qoruyucusu” (“The Heritage Guardian”) sənədli filminin təqdimatı və xüsusi nümayişi keçirilib.

Çin Media Korporasiyası (CMG) və Çinin Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə film tamaşaçılara Azərbaycan dilinə dublyaj edilmiş versiyada təqdim olunub.

Tədbirdə çıxış edən Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey filmin iki ölkə xalqları arasında mədəni əlaqələrin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Diplomat Azərbaycan və Çinin qədim tarixə malik ölkələr olduğunu, iki xalq arasında əlaqələrin iki min ildən artıq əvvəl Böyük İpək Yolu vasitəsilə başladığını qeyd edib.

Lu Mey bildirib ki, son illərdə Çin-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub:

“Son illərdə ÇXR Sədri Si Szinpin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub və hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bununla da iki ölkə arasında əməkdaşlığın inkişafında yeni səhifə açılıb.”

Film Çinin mədəni irsinin qorunmasından bəhs edir

“İrs qoruyucusu” Çin Media Korporasiyasının xüsusi layihəsidir. Sənədli filmdə Çinin ənənəvi mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən fəaliyyət əks olunur.

Ekran əsərində tarixi abidələrin bərpası, onların qorunması və Çin cəmiyyətinin müasir həyatına inteqrasiyası ilə bağlı nümunələr təqdim edilir.

Filmin Azərbaycan dilində nümayişinin Azərbaycan və Çin arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə və iki ölkə xalqları arasında qarşılıqlı anlayışın gücləndirilməsinə töhfə verməsi nəzərdə tutulur.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Bakıda Çinə həsr olunmuş sənədli filmin nümayişi keçirilibjnews.az səsləndirməsi