1 Elul 5786 14 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Samuxda nəzarət postu: Bütün avtomobillər dezinfeksiya edilir

Samuxda nəzarət postu: Bütün avtomobillər dezinfeksiya edilir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 14, 2026 3:03 axşam

Azərbaycanın Samux rayonunun Alıuşağı kəndində qarayara ilə bağlı xüsusi nəzarət postu quraşdırılıb.

Avtomobillərin hərəkəti tam açıq saxlanılır. Postda əsasən kənd ərazisindən ət və süd məhsullarının daşınmasına nəzarət edilir.

Burada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və baytarlıq xidmətinin əməkdaşları fəaliyyət göstərir. Kənddən çıxan avtomobillər dezinfeksiya edilir. Bundan əlavə, kənddəki iri təsərrüfatlarda dezinfeksiya baryerləri yaradılıb.

Qeyd edək ki, avqustun 13-də Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə qarayara infeksiyasına şübhəli bilinən 11 nəfər yerləşdirilib. Onların bir çoxunun Samux rayonunun Alıuşağı kəndinin sakinləri olduğu bildirilir.

Hazırda kənddə epidemioloji təhlükəsizliyin təmin edilməsi və mümkün yoluxma hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Mənbə: Teleqraf.az

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Samuxda nəzarət postu: Bütün avtomobillər dezinfeksiya edilirjnews.az səsləndirməsi