30 Av 5786 13 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Yaponiyanın səfiri Katsuya Vatanabe Bakıdakı yəhudi icmasının nümayəndələri ilə görüşdə

Yaponiyanın Azərbaycandakı səfiri Bakıdakı yəhudi icmalarını ziyarət edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ailə üzvləri ilə birlikdə Bakıda fəaliyyət göstərən Avropa Yəhudi Dini İcması və Sefard Yəhudi İcmasında olub. Ziyarət çərçivəsində yapon diplomat və onun ailə üzvləri paytaxtın yəhudi icmalarının fəaliyyəti, tarixi, dini ənənələri və gündəlik həyatı ilə yaxından tanış olublar.

Görüş zamanı icma nümayəndələri qonaqlara Azərbaycanda yəhudi həyatının çoxəsrlik tarixi, ölkədə qorunub saxlanılan dini və mədəni ənənələr barədə ətraflı məlumat veriblər. Həmçinin müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların ölkədə qarşılıqlı hörmət və həmrəylik şəraitində birgə yaşaması diqqətə çatdırılıb.

Səmimi və dostluq şəraitində keçən görüşdə Azərbaycan və Yaponiya xalqları arasında qarşılıqlı anlaşma və mədəni əlaqələrin inkişafı baxımından bu cür təşəbbüslərin böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Yapon diplomatın yəhudi icmalarına başçəkməsi ölkədəki multikultural mühit və dini müxtəlifliyə hörmət ənənələri ilə tanışlıq, eləcə də mədəniyyətlərarası dialoqun və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm addım hesab olunur.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Yaponiyanın Azərbaycandakı səfiri Bakıdakı yəhudi icmalarını ziyarət edibjnews.az səsləndirməsi