Yenilənib: Avqust 13, 2026 4:10 axşam
Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib və vətəndaşları ehtiyatlı olmağa çağırıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkənin bir sıra bölgələrində qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir. Bu müddətdə bəzi ərazilərdə əlverişsiz meteoroloji hadisələrin baş verəcəyi proqnozlaşdırılır.
FHN-dən vətəndaşlara tövsiyələr
Nazirlik güclü külək zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.
- ağacların və yüngül konstruksiyaların yaxınlığında dayanmamaq;
- reklam lövhələrindən uzaq durmaq;
- sel və daşqın təhlükəsi olan ərazilərdə ehtiyatlı olmaq;
- hava şəraitinin kəskin pisləşdiyi vaxtlarda zəruri olmadıqda çölə çıxmamaq
tövsiyə olunur.
FHN xatırladıb ki, fövqəladə hal baş verdikdə dərhal “112” qaynar xəttinə müraciət etmək lazımdır.
Mənbə: Jnews.az
