30 Av 5786 13 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycan ərazisindən Ermənistana 1400 ton buğda daşınıb

Azərbaycan ərazisindən Ermənistana 1400 ton buğda daşınıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük partiyası göndərilib.

Bu gün Balacarı stansiyasından Böyük Kəsik istiqamətində 20 vaqondan ibarət qatar yola salınıb. Vaqonlarda ümumi çəkisi 1400 ton olan buğda daşınır.

Məlumata görə, bu, Rusiya ilə Ermənistan arasında Azərbaycan ərazisindən həyata keçirilən tranzit daşımaların növbəti mərhələsidir.

Azərbaycandan keçən tranzit yüklərin həcmi

Bu günədək Rusiyadan Azərbaycandan tranzit keçməklə Ermənistana:

  • 39 mindən çox ton taxıl; 
  • 9 minə yaxın ton gübrə; 
  • 1136 ton propan; 
  • 133 ton alüminium; 
  • 1114 ton kömür; 
  • 67 min ton ağac göndərilib.

Bundan əlavə, Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin Aİ-92 və Aİ-95 markalı təxminən 5 min ton benzin ixrac edilib.

Bu daşımalar Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin normallaşması istiqamətində həyata keçirilən tranzit prosesinin tərkib hissəsidir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Azərbaycan ərazisindən Ermənistana 1400 ton buğda daşınıbjnews.az səsləndirməsi