30 Av 5786 13 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Hayfa limanında hərbi gəmidən boşaldılan zirehli hərbi texnika

ABŞ-dan İsrailə minlərlə ton hərbi texnika gətirilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 13, 2026 4:27 axşam

İsrail Amerika Birləşmiş Ştatlarından gətirilən minlərlə ton hərbi texnika və silahın növbəti partiyasını qəbul edib. İsrail Müdafiə Nazirliyinin məlumatına görə, hərbi yükü daşıyan gəminin Hayfa limanında boşaldılması prosesi tam başa çatdırılıb.

Gəmidən İsrail ordusunun istifadəsi üçün nəzərdə tutulmuş müxtəlif hərbi texnikalar, o cümlədən D9 buldozerləri, “Hummer” avtomobilləri, JLTV zirehli nəqliyyat vasitələri və “Oshkosh” ağır yük maşınları endirilib. Bununla yanaşı, ölkəyə çoxlu sayda digər hərbi təchizat və avadanlığın da gətirildiyi bildirilir.

Müdafiə Nazirliyi bəyan edib ki, ölkəyə çatdırılan yeni texnika və hərbi avadanlıqlar İsrail ordusunun quru qoşunlarının döyüş qabiliyyətinin, eləcə də əməliyyat hazırlığının yüksəldilməsinə xidmət edəcək.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
ABŞ-dan İsrailə minlərlə ton hərbi texnika gətirilibjnews.az səsləndirməsi