28 Av 5786 11 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
“Astara” gömrük postunda külli miqdarda marixuana aşkar edilib

“Astara” gömrük postunda külli miqdarda marixuana aşkar edilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir
Некогда читать?Статью можно послушать — озвучка JNews.az

Yenilənib: Avqust 11, 2026 2:26 axşam

İrandan Rusiyaya Azərbaycan ərazisindən tranzit keçirilən bibər yükündə 25 kiloqramdan çox qurudulmuş marixuana aşkarlanıb.

Hadisə “Astara” gömrük postunda baş verib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb.

Yoxlama zamanı bibər yüklənmiş yeşiklərin alt hissəsində, üzərləri bibərlə örtülərək gizlədilən 55 ədəd bağlama aşkarlanıb. Bağlamalardan ümumi xalis çəkisi 25 kiloqram 75 qram olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
“Astara” gömrük postunda külli miqdarda marixuana aşkar edilibjnews.az səsləndirməsi