27 Av 5786 10 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Təhlil Texnologiya Podkastlar Təhsil
Zaqatalada "Opel" və VAZ-21099 markalı avtomobillərin toqquşduğu yol-nəqliyyat hadisəsi yeri

Zaqatalada iki avtomobil toqquşub: Ölən və xəsarət alan var

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Zaqatala rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Gecə saatlarında baş verən qəzada “Opel” və VAZ-21099 markalı minik avtomobilləri toqquşub.

Toqquşma nəticəsində VAZ-21099 markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerindəcə həyatını itirib.

Hadisə zamanı daha bir nəfər xəsarət alıb. Xəsarət alan şəxsin Muxax kənd sakini, 21 yaşlı Ubadulla Əli oğlu Əliyev olduğu bildirilir. O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Zaqatalada iki avtomobil toqquşub: Ölən və xəsarət alan varjnews.az səsləndirməsi