24 Av 5786 7 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Yəməndəki husilər Mərib və Hədrəməut əyalətlərində hökumətyönlü hərbi düşərgələrə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum ediblər.

Husilər Yəmən və Səudiyyəyə hücum edib: Onlarla ölən və yaralanan var

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Beynəlxalq KİV-lərin məlumatına görə, hücumlar nəticəsində azı 58 hökumət hərbçisi həlak olub, onlarla insan yaralanıb. Hadisə 2022-ci ildə əldə olunmuş atəşkəsdən bəri Yəməndə baş verən ən qanlı hücumlardan biri hesab olunur.

Eyni vaxtda husilər Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən Nəcran bölgəsini də atəşə tutublar. Səudiyyə rəsmilərinin açıqlamasına əsasən, hücum nəticəsində 11 mülki şəxs, o cümlədən azyaşlı uşaq yaralanıb. Yaralananlar arasında Səudiyyə Ərəbistanı, Yəmən, Misir və Pakistan vətəndaşlarının olduğu bildirilir.

Səudiyyə Ərəbistanı hücumları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirərək husiləri mülki əhalini qəsdən hədəfə almaqda ittiham edib. Riyad bölgədə təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin görüləcəyini açıqlayıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Husilər Yəmən və Səudiyyəyə hücum edib: Onlarla ölən və yaralanan varjnews.az səsləndirməsi