Bir neçə gün əvvəl Qara dənizdə Türkiyəyə məxsus “Nadezhda” adlı “Ro-Ro” tipli yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
Məlumata görə, hücuma məruz qalan gəminin göyərtəsində Azərbaycan vətəndaşları da olub. Onların vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı sosial şəbəkələrdə PUA-nın gəmiyə zərbə endirdiyi anı əks etdirən video görüntülər də yayılıb.
Hücumun başvermə şəraiti və hücumun arxasında kimin dayandığı ilə bağlı araşdırmalar davam edir.
Mənbə: oxu.az