23 Av 5786 6 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Teodor Hertslin nənəsi və babasının Qüdsdəki yenidən dəfn mərasimi

Teodor Hertslin nənə və babasının nəşi Yerusəlimdə yenidən dəfn edilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Müasir siyasi siyonizmin banisi Teodor Hertslin baba və nənəsi – Şimon və Rivka Hertsl avqustun 5-də Yerusəlimdəki Hertsl dağında dövlət mərasimi ilə yenidən dəfn olunublar. Bununla da T. Hertslin 1903-cü ildə yazdığı vəsiyyətdə yer alan, yaxınlarının nəşinin İsrail torpağına köçürülməsi ilə bağlı sonuncu arzu da yerinə yetirilib.

Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu, Prezidenti İsxak Hersoq, Knessetin sədri Amir Ohana, Ali Məhkəmə sədrinin müavini Noam Solberq, polis komissarı Danni Levi və druz icmasının dini lideri şeyx Muafak Tarif iştirak ediblər.

“Hertsl ailəsinin yad torpaqdan Sion torpağına uzanan uzun yolu bu gün burada – Hertsl dağında başa çatır. Bir zamanlar xəyal olan ideya gerçəyə çevrildi. Sionizm qalib gəldi”, – deyə Baş nazir Benyamin Netanyahu bildirib.

Nəşlər Serbiyada tapılıb

Ümumdünya Sionist Təşkilatının (ÜST) nümayəndələri İsrail Xarici İşlər Nazirliyi ilə birlikdə iyulun 29-da Serbiyanın Zemun şəhərində yerləşən qəbiristanlıqda ekshumasiya işlərinə başlayıblar.

ÜST sədrinin səlahiyyətlərini icra edən İzhar Hess bildirib ki, əvvəlcə Şimon Leyb Hertslin məzarı boş görünürdü. Başdaşının yerinin dəyişməsi səbəbindən nəş sonradan həyat yoldaşı Rivkanın məzarının yaxınlığında aşkar edilib.

Onun sözlərinə görə, köçürülmə prosesi ÜST sədri Yakov Haqoelin rəhbərliyi ilə dörd il davam edib. Layihənin iki il əvvəl həyata keçirilməsi planlaşdırılsa da, həmin dövrdə girovların geri qaytarılması prioritet hesab edildiyindən proses təxirə salınıb. Təşkilat hesab edir ki, tarixi missiyanın tamamlanması üçün indi münasib vaxt yetişib.

Hertsl ailəsinin yenidən birləşməsi

Yenidən dəfn mərasimi Teodor Hertslin nəşinin Vyanadan Yerusəlimə gətirilərək Hertsl dağında torpağa tapşırılmasının yəhudi təqvimi ilə 77-ci ildönümünə təsadüf edib. Knesset onun nəşinin İsrailə köçürülməsi barədə qərarı 10 avqust 1949-cu ildə qəbul edib.

Sonrakı illərdə ailə məzarlığında Hertslin valideynləri, bacısı, böyük övladları və nəvəsi Stiven Norman da dəfn olunub. Ailədən taleyi hələ də naməlum qalan yeganə şəxs 1943-cü ildə Tereziyenştadt həbs düşərgəsində həlak olmuş kiçik qızı Trudadır.

Prezident İsxak Hersoq mərasimdə çıxışı zamanı bildirib ki, Zemunun sefard sinaqoqunda qabay kimi fəaliyyət göstərən Şimon Leyb Hertsl nəvəsinə sonradan yəhudi dövlətinin yaradılması ideyasının formalaşmasına təsir göstərən dəyərləri miras qoyub.

ÜST-ün Hertsl Mərkəzinin direktoru Oded Foyer isə qeyd edib ki, Şimon Leyb Hertsl siyonizm ideologiyasının öncüllərindən biri hesab olunan ravvin Yehuda Alkalay ilə sıx əlaqədə olub və onun ideyaları həmin dövrdə Zemun sinaqoqunda fəal şəkildə müzakirə edilib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Teodor Hertslin nənə və babasının nəşi Yerusəlimdə yenidən dəfn edilibjnews.az səsləndirməsi