İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının cənubunda silahlılar tərəfindən istifadə edildiyi bildirilən yeraltı tunel aşkar etdiyini açıqlayıb.
İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, tuneldə onlarla raket aşkar olunub.
Bildirilib ki, hərbçilər əməliyyat zamanı tuneli nəzarətə götürərək zərərsizləşdiriblər. Aşkarlanan raketlərin təhlükəsiz şəkildə məhv edildiyi deyilir.