21 Av 5786 4 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Hikmət Hacıyev

Hikmət Hacıyev: İsrail qondarma “erməni soyqırımı” ilə bağlı Azərbaycanın mesajlarını ciddi qəbul etdi

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma “erməni soyqırımı” kimi tanınması ilə bağlı təşəbbüsün irəliləməsini dayandıraraq məsələni Knessetin gündəliyindən çıxarıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.

Hikmət Hacıyev “Haber Global” telekanalına müsahibəsində bildirib ki, İsraildə qondarma “erməni soyqırımı”nın tanınması ehtimalı Azərbaycanda ciddi narahatlıq yaradıb. Onun sözlərinə görə, Türkiyənin milli maraqlarının qorunması Bakı üçün dəyişməz prioritet və “qırmızı xətt” hesab olunur.

Prezidentin köməkçisi qeyd edib ki, məsələ Knessetin gündəliyinə daxil edildikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə İsrail tərəfi ilə intensiv diplomatik təmaslara başlanılıb.

“Mövqeyimizi İsrail tərəfinə çatdırdıq. Bildirdik ki, belə bir qərarın qəbul edilməsi ilk növbədə ədalətsiz olardı, tarixi həqiqəti əks etdirməzdi və biz bunu qəbuledilməz hesab edirik. Müsbət məqam ondan ibarətdir ki, İsrail tərəfi Azərbaycanın mesajlarını ciddi qəbul etdi”, – deyə Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, aparılan diplomatik fəaliyyət nəticəsində təşəbbüsün gələcəkdə irəliləməsinin qarşısı alınıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Hikmət Hacıyev: İsrail qondarma “erməni soyqırımı” ilə bağlı Azərbaycanın mesajlarını ciddi qəbul etdijnews.az səsləndirməsi