22 Av 5786 5 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Buzovnada "Opel" yük avtomobilinə çırpıldı: Ölən var

Buzovnada “Opel” yük avtomobilinə çırpıldı: Ölən var

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Bakının Buzovna qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə avqustun 4-nə keçən gecə, saat 01:00 radələrində Zuğulba şosesinin Buzovna qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Elmir Qismət oğlu Həsənovun idarə etdiyi “Opel” markalı, 01-CO-753 dövlət qeydiyyat nişanlı minik avtomobili Tural Əkbər oğlu Tağıyevin idarə etdiyi “Volvo” markalı, 67-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü Elmir Həsənov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Buzovnada “Opel” yük avtomobilinə çırpıldı: Ölən varjnews.az səsləndirməsi