22 Av 5786 5 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Tramp: İran yenidən danışıqlardan imtina etsə, ağır nəticələrlə üzləşəcək

Tramp: İran yenidən danışıqlardan imtina etsə, ağır nəticələrlə üzləşəcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, İran yenidən danışıqlar prosesindən geri çəkilməyə cəhd edərsə, ciddi nəticələrlə üzləşəcək.

Trampın sözlərinə görə, Tehran bu cür addım atacağı təqdirdə ABŞ tərəfindən ən sərt tədbirlərlə qarşılaşacaq.

“Əgər onlar yenidən geri çəkilsələr, çox güclü zərbə alacaqlar. Bunu bilirlər və başa düşürlər. Mənim başqa seçimim yoxdur. İranın nüvə silahı ola bilməz. Hər şey çox sadədir”, – deyə Tramp bildirib.

ABŞ prezidenti vurğulayıb ki, İran heç vaxt nüvə silahı əldə etməyəcək və bununla bağlı qərarın yaxın vaxtlarda rəsmiləşdiriləcəyini iddia edib.

Tramp həmçinin qeyd edib ki, İran rəsmiləri danışıqlar aparmaq təşəbbüsü ilə çıxış etməzdən əvvəl Vaşinqton “İkinci Dünya müharibəsindən bəri ən böyük hücuma” hazırlaşırdı.

Hörmüz boğazı ilə bağlı razılaşma gözlənilir

Bu arada, “Axios” nəşrinin israilli jurnalist Barak Ravidin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ, İran və Oman Hörmüz boğazının açılması ilə bağlı aralıq razılaşmanın əldə olunmasına yaxındır.

Məlumata əsasən, razılaşma qüvvəyə minərsə, 60 gün ərzində Hörmüz boğazına daxil olan gəmilər İranın ərazi sularından, boğazı tərk edən gəmilər isə Oman sularından hərəkət edəcəklər. Tranzit üçün əlavə ödəniş tutulmayacaq. Bundan başqa, boğazın mərkəzi hissəsində yerləşən dəniz minalarının 30 gün ərzində zərərsizləşdirilməsi nəzərdə tutulur.

Bildirilir ki, İran rəhbərliyi çərşənbə axşamı razılaşmanın təsdiqlənməsi prosedurunu başa çatdırıb. Məlumata görə, Donald Tramp diplomatik səylərə imkan yaratmaq məqsədilə genişmiqyaslı hərbi əməliyyatların başlanmasını müvəqqəti təxirə salmaq qərarı verib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Tramp: İran yenidən danışıqlardan imtina etsə, ağır nəticələrlə üzləşəcəkjnews.az səsləndirməsi