İsrailin Azərbaycandakı səfirliyi “Hapoel Ironi Kiryat Shmona” klubunun heyətində vurduğu ilk qol münasibətilə azərbaycanlı futbolçu Rüfət Abdullazadəni təbrik edib.
Diplomatik nümayəndəliyin rəsmi paylaşımında futbolçuya gələcək oyunlarda müvəffəqiyyətlər arzulanıb.
İsrailin Bakıdakı Səfirliyi azərbaycanlı futbolçu Rüfət Abdullazadəni ‘Hapoel Ironi Kiryat Shmona’ komandası heyətində vurduğu ilk qol münasibətilə səmimi qəlbdən təbrik edir və ona gələcək oyunlarda da uğurlar arzulayır!
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi Rüfət Abdullazadə Azərbaycanın müxtəlif klublarında və gənclərdən ibarət milli komandalarında çıxış edib. O, 2026-ci ildə İsrail Premyer Liqasında mübarizə aparan “Hapoel Ironi Kiryat Shmona” klubuna transfer olunub və yeni komandasında ilk rəsmi qolunu vurmaqla diqqəti cəlb edib.
