Rusiya avqustun 5-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum həyata keçirib.
İlkin məlumata görə, hücum nəticəsində ümumilikdə 15 nəfər həlak olub, 51 nəfər isə yaralanıb. Paytaxt Kiyev və ətraf ərazilərdə bir neçə nöqtədə güclü yanğınlar baş verib.
Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin (DSNS) məlumatına əsasən, həlak olanlardan 14-ü Kiyev vilayətində qeydə alınıb. Həmin bölgədə 27 nəfərin yaralandığı bildirilir.
Hadisə yerlərində axtarış-xilasetmə işləri davam edir. Ukrayna rəsmiləri dağıntılar altında insanların qala biləcəyini istisna etmirlər.