Rusiya Müdafiə Nazirliyi ötən gecə Qara dənizdə Ukraynaya məxsus dörd yük gəmisinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirildiyini açıqlayıb.
Nazirliyin bəyanatına görə, gəmilər hərbi təyinatlı yüklər daşıyırmış. Bildirilir ki, onlardan üçü Qara dənizin akvatoriyasında, biri isə Nikolayev limanında hədəfə alınıb.
Qeyd edək ki, Qara dəniz Rusiya-Ukrayna müharibəsində əsas logistika marşrutlarından biridir. Son aylarda tərəflər bölgədə hərbi və kommersiya gəmilərinə qarşı hücumları artırıblar.
