Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
Dövlət başçısı təbrik məktubunda öz adından və Azərbaycan xalqı adından Sinqapur Prezidentinə və onun simasında bütün Sinqapur xalqına səmimi təbriklərini çatdırdığını bildirib.
İlham Əliyev bu əlamətdar gündə Tarman Şanmuqaratnama möhkəm cansağlığı və işlərində uğurlar, Sinqapur xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.
