26 Av 5786 9 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Təhlil Texnologiya Podkastlar Təhsil
İndoneziyada Bromo vulkanının mənzərəsi

İndoneziyada meşə yanğını: Bromo vulkanı turistlər üçün bağlanıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İndoneziyanın Şərqi Yava əyalətində yerləşən
Bromo-Tenger-Semeru Milli Parkında baş verən genişmiqyaslı meşə yanğını səbəbindən
ərazi turistlərin üzünə tamamilə bağlanıb.

Yanğın bir neçə gündür davam edir və Bromo vulkanının
kaldera ərazisinə qədər yayılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində milli
park rəhbərliyi bütün turizm fəaliyyətlərinin 8 avqustdan etibarən
dayandırılması barədə qərar qəbul edib. Məhdudiyyətlərin nə vaxt aradan
qaldırılacağı hələ müəyyənləşdirilməyib.

“Associated Press” agentliyinin məlumatına görə, yanğın
Bromo ərazisində təxminən 176 hektar sahəni əhatə edib. Alovun söndürülməsi
üçün yüzlərlə yanğınsöndürən, polis əməkdaşı, hərbçi, milli park işçisi və
könüllü səfərbər olunub. Yanğınsöndürmə işlərinə helikopter və dronlar da cəlb
edilib. Ərazinin dik və çətin keçilən relyefi bəzi yanğın ocaqlarına çatmağı çətinləşdirir.

Yanğının ən azı 60 hektar ərazini məhv etdiyini bildirilir.

Meşə yanğınlarının quru hava və güclü küləklərin təsiri ilə
genişləndiyi qeyd olunur.

Hazırda əsas diqqət yanğının lokallaşdırılmasına yönəlib.
İlkin məlumatlara görə, hadisə ilə bağlı turistlər arasında tələfat qeydə
alınmayıb.

Bromo vulkanı İndoneziyanın ən məşhur turizm məkanlarından
biridir və Bromo-Tenger-Semeru Milli Parkının əsas görməli yerlərindən sayılır.
Yanğın səbəbindən tətbiq edilən qeyri-müəyyən müddətli məhdudiyyətin turist
axınına ciddi təsir göstərəcəyi gözlənilir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İndoneziyada meşə yanğını: Bromo vulkanı turistlər üçün bağlanıbjnews.az səsləndirməsi