Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa çempionatına hazırlıq çərçivəsində Bakıda iki yoxlama oyunu keçirib. Azərbaycan komandasının rəqibi ölkədə təlim-məşq toplanışında olan Latviya yığması olub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan hər iki görüş ev sahiblərinin 3:2 və 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşıda baş məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan millisini Avropa çempionatının C qrupunda çıxış gözləyir. Komandanın rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları olacaq. Bu qrupun oyunları 21–28 avqust tarixlərində Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.
Mənbə: report.az
