24 Av 5786 7 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Təhlil Texnologiya Podkastlar Təhsil
Hərbi qulluqçuların peşə hazırlığı imtahanlarla qiymətləndirilir

Hərbi qulluqçuların peşə hazırlığı imtahanlarla qiymətləndirilir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq hazırlığı səviyyəsinin qiymətləndirilməsi üzrə imtahanlar başlayıb. Tədbirlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə Azərbaycanın müdafiə naziri tərəfindən təsdiq edilmiş cari il üçün döyüş hazırlığı planına uyğun olaraq keçirilir.

Müdafiə Nazirliyindən bildirilib ki, imtahanlar zamanı hərbi qulluqçular ixtisas və fiziki hazırlıq üzrə qiymətləndirilir, həmçinin onların hərbi vəzifələri ilə bağlı nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılır.

Yoxlamaların keçirilməsində əsas vəzifələr şəxsi heyətin peşəkarlığının artırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin ümumi döyüş hazırlığı səviyyəsinin daha da təkmilləşdirilməsidir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Hərbi qulluqçuların peşə hazırlığı imtahanlarla qiymətləndirilirjnews.az səsləndirməsi