27 Av 5786 10 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Təhlil Texnologiya Podkastlar Təhsil
Xilasedici helikopter Britaniya Kolumbiyasında meşə yanğını bürümüş ərazinin üzərindən uçur

Kanadada meşə yanğınları: 22 min nəfər təxliyə edilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 9, 2026 11:31 axşam

Kanadanın qərbində genişmiqyaslı meşə yanğınları səbəbindən minlərlə sakin təhlükəli ərazilərdən təxliyə edilir.

Məlumata görə, ümumilikdə 22 min nəfər yanğın təhlükəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Britaniya Kolumbiyası əyalətində hakimiyyət orqanları fövqəladə vəziyyət rejimi elan ediblər. Hazırda yanğınlar 10 min hektardan çox ərazini əhatə edib.

Regionda 105 aktiv meşə yanğını qeydə alınıb. Alovun sürətlə yayılması və ərazinin mürəkkəb relyefi yanğınsöndürmə və xilasetmə işlərini çətinləşdirir.

Təhlükəli ərazilərdə yaşayan insanların təxliyəsi üçün helikopterlərdən də istifadə olunur. Xilasetmə xidmətləri yanğının yayılmasının qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirləri davam etdirir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Kanadada meşə yanğınları: 22 min nəfər təxliyə edilibjnews.az səsləndirməsi