İsrailin Avstriyadakı səfirliyi Vyanada itkin düşən iki İsrail vətəndaşının tapılması üçün ictimaiyyətə müraciət edib.
Diplomatik nümayəndəliyin məlumatına görə, itkin düşənlər ana və qızı – Mali və Yael Yaalomidir. Onlarla sonuncu dəfə avqustun 7-də, cümə günü əlaqə saxlamaq mümkün olub.
Səfirlik axtarış barədə məlumatın mümkün qədər geniş yayılmasına çağırıb. İtkin düşənlərin harada olması barədə hər hansı məlumatı olan şəxslərdən Avstriyanın hüquq-mühafizə orqanlarına məlumat vermələri və ya +43 676 367 2304 nömrəsi ilə diplomatik nümayəndəliklə əlaqə saxlamaları xahiş olunub.
Səfirlik məlumat verən şəxslərin məxfiliyinin tam təmin ediləcəyini bildirib.
Mənbə: newsru.co.il
