Yenilənib: Avqust 10, 2026 1:13 axşam
İsrail hakimiyyəti yaxın illər ərzində İsrail Müdafiə Qüvvələrinin (SAXAL) ehtiyatda olan hərbçilərinə endirimlə 20 min yaşayış evi və mənzil təklif etmək niyyətindədir.
Güzəştli daşınmaz əmlakın bölgüsü lotereya sistemi vasitəsilə həyata keçiriləcək. Tirajın nəticələrinə görə seçilən iştirakçılar yeni mənzil alışı üçün 167 000 ABŞ dollarından çox endirim əldə edə biləcəklər.
Mənzil endirimləri proqramının icrasına ölkədə yaxınlaşan seçkilər fonunda start verilib.
Mənbə: timesofisrael.com
