1 Elul 5786 14 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrael Kats: İordan çayının Qərb sahilində ictimai asayişi polis təmin edəcək

İsrael Kats: İordan çayının Qərb sahilində ictimai asayişi polis təmin edəcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 14, 2026 2:05 axşam

İsrailin müdafiə naziri İsrael Kats İordan çayının Qərb sahilində mülki hüquq-mühafizə və ictimai asayişin təmin edilməsi funksiyalarının İsrail Müdafiə Qüvvələrindən (SAXAL) polisə verilməsi ilə bağlı plan hazırlanmasını tapşırıb.

Katsın sözlərinə görə, hazırlanan plan Qərb sahilində yaşayan İsrail vətəndaşlarına münasibətdə mülki hüquq-mühafizə və ictimai asayişin qorunması üzrə məsuliyyətin ordudan polisə ötürülməsini nəzərdə tutmalıdır.

İsrail müdafiə nazirinin bu tapşırığı Qusra kəndi ərazisində baş vermiş son iğtişaşlar fonunda verdiyi bildirilir.

Qeyd edək ki, Qusra kəndində son günlər İsrail məskunlarının fələstinli ailələrin evlərini mühasirəyə alması və onların hərəkətinə mane olması fonunda gərginlik yaşanıb. Avqustun 12-də SAXAL ilə məskunlar arasında toqquşma baş verib və hadisədən sonra əraziyə əlavə hərbi qüvvələr göndərilib. 

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrael Kats: İordan çayının Qərb sahilində ictimai asayişi polis təmin edəcəkjnews.az səsləndirməsi