1 Elul 5786 14 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Netanyahu Böyük Britaniyanı “İslam respublikası” adlandırıb

Netanyahu Böyük Britaniyanı “İslam respublikası” adlandırıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Baş nazir Binyamin Netanyahu İsrail ordu radiosuna müsahibəsi zamanı Böyük Britaniyanı “Britaniya İslam Respublikası” adlandırıb və ölkənin nüvə silahına malik ilk İslam respublikası olduğunu bildirib.

Netanyahunun bu ifadəsi jurnalist Rendolf Çörçillin materiallarının müzakirəsi zamanı səslənib. Söhbət zamanı aparıcı baş nazirdən Böyük Britaniyanı Avropanın digər ölkələrindən fərqləndirib-fərqləndirmədiyini soruşub. Netanyahu isə buna müsbət cavab verərək, Britaniyanı nüvə silahına malik ilk “İslam respublikası” kimi xarakterizə edib.

Baş nazirin açıqlaması İsrail daxilində siyasi rəqiblərinin tənqidinə səbəb olub. Demokratlar Partiyasından Knessetə namizəd Avi Dabuş Netanyahunu İsrailin beynəlxalq təcridinin gücləndiyi bir vaxtda ölkənin əsas müttəfiqlərindən birini ələ salmaqda ittiham edib və onun sözlərini “diplomatik uğursuzluq” adlandırıb.

London və Təl-Əviv arasında münasibətlər gərgin olaraq qalır

Böyük Britaniya ilə İsrail arasında münasibətlər son aylarda, xüsusilə də Endi Bernamın rəhbərlik etdiyi hökumətin hakimiyyətə gəlməsindən sonra gərginləşib.

Britaniya hökuməti daha əvvəl İsrailin Qəzzadakı hərbi əməliyyatlarına münasibətini sərtləşdirib. London İsrailə təzyiq göstərmək, o cümlədən mümkün sanksiyalar tətbiq etmək niyyətini açıqlayıb.

Böyük Britaniya ilə bağlı oxşar ifadələr əvvəllər də ABŞ siyasətçiləri tərəfindən səsləndirilib. 2024-cü il prezident seçkiləri kampaniyası zamanı ABŞ-ın vitse-prezidenti Cey Di Vens Böyük Britaniyanın nüvə silahına malik ilk “həqiqi islamçı ölkə” ola biləcəyini bildirmişdi.

İsrail Baş nazirinin ofisi və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi B. Netanyahunun açıqlamaları ilə bağlı hələlik rəsmi şərh verməyib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Netanyahu Böyük Britaniyanı “İslam respublikası” adlandırıbjnews.az səsləndirməsi