30 Av 5786 13 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Teleaparıcı Oren Nahari Təl-Əvivdə Sapir mükafatının təqdimat mərasimində çıxış edir

İsrailli tanınmış jurnalist vəfat edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 13, 2026 10:39 səhər

İsrailli tanınmış jurnalist və teleaparıcı Oren Nahari vəfat edib.

O, uzun illər İsrailin media məkanında fəaliyyət göstərib və peşəkar karyerası ərzində müxtəlif televiziya və radio layihələrində çalışıb. O. Nahari “Birinci Kanal”da (“Channel One”) xəbərlər redaktoru vəzifəsində çalışıb.

Jurnalist televiziya fəaliyyəti ilə yanaşı, radio aparıcısı kimi də tanınıb. O, KAN dövlət yayım korporasiyasının ikinci radio kanalında “Oren Nahari ilə şənbə” (“Saturday with Oren Nahari”) adlı analitik proqramı aparıb.

O. Nahari İsrailin mədəni və ictimai həyatında da fəal iştirak edib. O, müxtəlif nüfuzlu tədbirlərdə aparıcı və spiker kimi çıxış edib.

Qeyd edək ki, O. Najari 1955-ci ildə Hayfada anadan olub. Məşhur jurnalist şairə və poeziya tədqiqatçısı Verd Ariel-Nahari ilə ailə həyatı qurub. Cütlüyün bir oğlu və bir qızı var. 

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrailli tanınmış jurnalist vəfat edibjnews.az səsləndirməsi