Bakının Şəmsi Bədəlbəyli küçəsində sərnişin avtobusunda yanğın baş verib. Hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub.
FHN-in mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb və ətraf əraziyə yayılmasına imkan verilməyib. Hadisə nəticəsində avtobusun yanar konstruksiyaları yanıb, yaxınlıqda dayanmış avtomobillər isə yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Mənbə: apa.az
