Yenilənib: Avqust 12, 2026 4:19 axşam
Kiyev “Dinamo”su UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”a qarşı cavab oyununda azarkeşlərinin dəstəyindən yararlanacaq.
Bu barədə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Azərbaycan klubunun nümayəndəsinin sözlərinə görə, qonaq komandanın azarkeşləri üçün təxminən 50 bilet üçün müraciət daxil olub.
Qeyd edək ki, “Qarabağ” və “Dinamo” arasında cavab oyunu avqustun 13-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Komandalar arasında ilk oyun Polşada keçirilib və Kiyev klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə: Jnews.az
