Yenilənib: Avqust 10, 2026 11:12 səhər
Real vaxt rejimində videoların emalı üçün süni intellekt modellərinin işlənməsi üzrə ixtisaslaşan İsrailin “Decart” startap şirkəti ABŞ-nin “Nvidia” korporasiyasına satılması ilə bağlı danışıqları dayandırıb. Hazırda startap yeni, daha böyük beynəlxalq investorla məsləhətləşmələr aparır.
Hazırlanan sövdələşmənin ehtimal olunan məbləği 6-7 milyard dollar təşkil edir. Alıcının tam olaraq kim olacağı barədə dəqiq məlumatlar rəsmi olaraq açıqlanmır. Bununla belə, ən ehtimallı iddiaçılar arasında İlon Maskın “SpaceX” şirkətinin adı çəkilir.
“SpaceX” ilə yanaşı, İsrail tərtibatçısının potensial alıcıları siyahısında “Amazon” korporasiyası, həmçinin Arkadi Volojun “Nebius” şirkəti yer alır.
“Decart” süni intellekt sahəsində ən perspektivli layihələrdən biri hesab olunur. Mövcud olduğu üç il ərzində startap 450 milyon dollar investisiya cəlb edə bilib.
Əvvəllər “Nvidia” korporasiyası artıq “Decart”-a vəsait yatırmışdı. “Nvidia”-nın yatırımı İsrail “unikorn”unun qiymətləndirmə dəyərini 1,4 milyard dollar artırmışdı.
Mənbə: newsru.co.il
