Yenilənib: Avqust 10, 2026 10:14 səhər
Cari ilin ilk yeddi ayında Aərbaycanda ölkənin dövlət müəssisələrinə kiberhücumlarla bağlı 518 kompromat indikatoru (IOC) qeydə alınıb. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat verib.
Kibertəhlükələrin aşkarlanması üzrə ümumi göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,6% azalıb. Bu dövrdə aşkarlanan bütün təhlükələrdən 337-si xüsusi xidmət orqanının daxili araşdırmaları nəticəsində müəyyən edilib və bloklanıb.
Daha 190 kompromat indikatoru isə mütəxəssislər tərəfindən dövlət qurumlarının özlərinin bəyan etdiyi kiberinsidentlərin araşdırılması zamanı müəyyən edilib.
Təkcə cari ilin iyul ayı ərzində dövlət orqanlarına 61 kiberhücum aşkarlanıb. Bu nəticə ötən ilin iyul ayı ilə müqayisədə 11,6% azalma olduğunu göstərir.
Bütün 2025-ci il ərzində Azərbaycanın dövlət qurumlarına 850 kiberhücum edilib. Bunlardan 372-si daxili araşdırmalar sayəsində vaxtında aşkarlanaraq qarşısı alınıb, 478-i isə qurumların özlərindən daxil olan müraciətlərə baxılmasının nəticələrinə əsasən müəyyən edilib.
Mənbə: Jnews.az
