17 Elul 5786 30 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrail Hərbi Hava Qüvvələrində ilk: Qadın pilot general olacaq

İsrail Hərbi Hava Qüvvələrində ilk: Qadın pilot general olacaq

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅

İsrailin müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi, general-leytenant Eyal Zamirin təqdimatı əsasında orduda yüksək vəzifələrə yeni təyinatları təsdiqləyib.

Yeni təyinatlar siyahısına 18 briqada generalı və bir polkovnik daxildir. Bundan başqa, 9 briqada generalı yeni vəzifələrə təyin edilib.

Ən diqqətçəkən təyinatlardan biri “Gimel” kod adı ilə tanınan qadın pilotla bağlıdır. Hazırda Ovda Hərbi Hava Bazasının komandiri olan “Gimel” rütbəsi artırıldıqdan sonra İsrail Hərbi Hava Qüvvələrinin ABŞ-dakı yeni nümayəndəsi vəzifəsini icra edəcək.

42 yaşlı zabit bu təyinatdan sonra İsrail Hərbi Hava Qüvvələrinin tarixində general rütbəsi alan ilk qadın pilot və bu qoşun növündə ən yüksək rütbəyə malik qadın hərbçi olacaq.

jnews.az redaksiyasının orijinal materialı.
PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →