17 Elul 5786 30 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Sabiq icra başçısının həbs müddəti daha 6 ay uzadıldı

Sabiq icra başçısının həbs müddəti daha 6 ay uzadıldı

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti daha 6 ay uzadılıb.

Müvafiq qərar istintaq orqanının təqdimatı əsasında məhkəmə tərəfindən qəbul edilib.

Xatırladaq ki, Musa Şəkiliyev 2025-ci ilin iyununda DTX-nin keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət əmlakına külli miqdarda ziyan vurmaqda ittiham olunur.

Musa Şəkiliyev barəsində əvvəlcə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra bu müddət bir neçə dəfə uzadılıb. Məhkəmənin son qərarı ilə onun həbs müddəti daha 6 ay artırılıb.

jnews.az redaksiyasının orijinal materialı.
PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →