17 Elul 5786 30 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Netanyahu: İsrailə hücum olarsa, İrana cavab daha güclü olacaq

Netanyahu: İsrailə hücum olarsa, İrana cavab daha güclü olacaq

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅

İsrailin Baş naziri Benyamin Netanyahu İranı yeni hücumların nəticələri ilə bağlı xəbərdar edib.

Dimona şəhərində keçirilən tədbirdə çıxış edən B. Netanyahu bildirib ki, İsrailə qarşı istənilən yeni hücuma əvvəlkindən daha sərt və güclü cavab veriləcək.

B. Netanyahu: Bizə hücum etsəniz, bunun əvvəlki hadisələr kimi təkrarlanacağını düşünməyin. Bu dəfə hadisələrin inkişafı tamamilə fərqli və qat-qat daha güclü olacaq.

Onun bəyanatı İsrail və İran arasında gərginliyin davam etdiyi bir dövrdə səsləndirilib.

Rəsmi Tehran isə B. Netanyahu tərəfindən səsləndirilən açıqlamalara hələlik münasibət bildirməyib.

jnews.az redaksiyasının orijinal materialı.
PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →