14 Elul 5786 27 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin binası.

XİN: Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında təxribat törədilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Avqustun 27-də günorta saatlarında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib. 

Jnews.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş hadisəni qətiyyətlə pisləyib.

Nazirliyin yaydığı məlumatda bildirilib ki, bu təxribatın Azərbaycan-Rusiya münasibətlərini süni şəkildə gərginləşdirməyə xidmət etməsi istisna edilmir. Qurum, həmçinin bu hadisənin son dövrlərdə Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi ola biləcəyini vurğulayıb.

Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını insidenti hərtərəfli araşdırmağa, baş verən təxribatçı əməllərə hüquqi qiymət verməyə və gələcəkdə belə halların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb.

XİN-in açıqlamasında qeyd olunub ki, Rusiya tərəfi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq, Azərbaycanın diplomatik nümayəndəliyinin və əməkdaşlarının təhlükəsizliyini təmin etməlidir. Nazirlik vurğulayıb ki, Rusiya diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatın qarşısının alınması ilə bağlı öhdəliklərini tam şəkildə yerinə yetirməyə borcludur.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
XİN: Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında təxribat törədilibjnews.az səsləndirməsi