11 Elul 5786 24 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Zelenski Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi təltif edib

Zelenski Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi təltif edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 24, 2026 3:02 axşam

Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra xarici siyasi, ictimai və dövlət xadimlərinin dövlət mükafatları ilə təltif edilməsi haqqında fərman imzalayıb. Təltif olunanlar arasında Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də yer alıb.

Jnews.az xəbər verir ki, Hacıyev Ukraynanın III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edilib.

Rəsmi sənəddə bildirilib ki, mükafat Azərbaycan ilə Ukrayna arasında dövlətlərarası əməkdaşlığın inkişafı və möhkəmləndirilməsinə, eləcə də Ukraynanın beynəlxalq nüfuzunun artırılmasına verilən şəxsi töhfəyə görə təqdim olunub.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Zelenski Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi təltif edibjnews.az səsləndirməsi