11 Elul 5786 24 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrail Yerdəki hədəfləri vurmaq üçün kosmik silahlar hazırlayacaq

İsrail Yerdəki hədəfləri vurmaq üçün kosmik silahlar hazırlayacaq

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Texnologiya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrail Müdafiə Nazirliyi kosmosda yerləşdiriləcək və yerüstü hədəflərə zərbə endirməyə imkan verəcək hücum xarakterli silah sistemlərinin hazırlanmasını planlaşdırır.

“Jerusalem Post”un məlumatına görə, bu istiqamət İsrailin kosmik sahə üzrə çoxillik müdafiə planına daxil edilib. Plan çərçivəsində həm İsrail peyklərinin düşmən kosmik aparatlarından qorunması, həm də kosmosdan Yer səthindəki hədəflərə təsir göstərə bilən silahların yaradılması nəzərdə tutulur.

Layihənin əsas istiqamətlərindən biri kosmosdan kəşfiyyat imkanlarının genişləndirilməsidir. İsrail Müdafiə Nazirliyi sutka boyu, müxtəlif hava şəraitində və eyni vaxtda bir neçə istiqamətdə kəşfiyyat aparmağa imkan verəcək peyk imkanlarının inkişaf etdirilməsini planlaşdırır. Müdafiə sistemi üçün daha dayanıqlı və fasiləsiz rabitə imkanlarının yaradılması da prioritetlər sırasında yer alır.

İsrail müdafiə naziri İsrael Kats daha əvvəl ölkəsinin kosmosda hücum imkanları üzrə dünya liderinə çevrilməli olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu cür texnologiyalar gələcək münaqişələrdə İsrail Müdafiə Qüvvələrinə çəkindirmə və zərbə imkanları baxımından strateji üstünlük verə bilər.

İyunun sonunda Kats kosmosda lazer texnologiyalarının hazırlanmasının da gündəmdə olduğunu açıqlamışdı. O, İsrailin bu sahədə ən qabaqcıl ölkəyə çevrilməsinin qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu vurğulamışdı.

Yeni plan İsrailin son illərdə kosmik imkanlara verdiyi artan əhəmiyyətin davamı kimi qiymətləndirilir. 

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrail Yerdəki hədəfləri vurmaq üçün kosmik silahlar hazırlayacaqjnews.az səsləndirməsi