11 Elul 5786 24 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
BƏƏ-də İran dronlarını vuran 5 min dollarlıq aparatlar hazırlanır

BƏƏ-də İran dronlarını vuran 5 min dollarlıq aparatlar hazırlanır

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Texnologiya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ-ın Florida ştatında yerləşən “Powerus” startapı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İran tərəfindən buraxılan pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan ucuz dron-interseptorların kütləvi istehsalını həyata keçirir.

Jnews.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, şirkət hazırda ayda təxminən 3 min belə aparat istehsal edir.

Məlumata görə, istehsal kiçik bir anbarda həyata keçirilir və burada çalışan işçilər gündə 12 saat işləyirlər.

Təxminən 5 min dollar dəyərində olan dron-interseptor 3D-printer vasitəsilə çap edilmiş hissələrdən yığılır, həmçinin standart mikrosxem və GPS modullarından istifadə edilir.

Nəşrin yazdığına görə, “Powerus” ABŞ-da yeni zavodlar inşa etmədən istehsalı sürətlə artırmaq məqsədilə BƏƏ-dəki yerli istehsalçılarla əməkdaşlığa başlayıb. Bu yanaşma şirkətə ixracla bağlı bürokratik prosedurlardan yayınmağa imkan verir.

Şirkət gələcəkdə müxtəlif ölkələrdə müəssisələr şəbəkəsi yaratmağı və 2027-ci ilin ortalarınadək dron-interseptorların qlobal istehsal həcmini ayda 15 min ədədə çatdırmağı planlaşdırır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
BƏƏ-də İran dronlarını vuran 5 min dollarlıq aparatlar hazırlanırjnews.az səsləndirməsi